Milli Şuranın I Avropa Oyunları ərəfəsində yenidən mitinq keçirmək məsələsini dəqiqləşməyib.
Modern.az saytına açıqlamasında AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı bildirib ki, bütün aksiyalar məsələsi öncədən müzakirə olunub qərar verilir:“Hələlik oyunlar ərəfəsində yenidən mitinq keçirilməsi ilə bağlı müzakirə olmayıb. Bu səbəbdən indidən nəsə deyə bilmərəm”.
Mayın 30-da bir sıra müxalifət təşkilatları və ictimai fəalların birləşdiyi Milli Şura Bakıdakı “Məhsul” stadionunda icazəli mitinq keçirib.
Aksiyada “Xilas olaq!”, “Talana və yalana son!” şüarları səsləndirilib.
Sevinc YASİNQIZI