“Forbes” jurnalı rusiyalı milyarderlərə məxsus TOP-11 lüks yaxtaları açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxtaların əksəriyyəti suya son 5 ildə buraxılıb.
Onlardan biri də “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərova məxsusdur. Məlumatda qeyd edilir ki, 50 metrlik “Galactica” 2007-ci ildə Hollandiyada hazırlanıb.
Onun işərisində 4 yataq yeri var, komanda ərazisindəki yataq yeri isə səkkizdir.
“Galactica” saatda 53 kilometr sürətlə getmək qabiliyyətinə malikdir. Milyarder kimi Vahid Ələkbərov Rusiyanın ən varlıları sırasında 6-cı yerdədir.
Modern.az