Azərbaycan Naşirlər və Poliqrafiyaçılar Birliyinin rəsmi orqanı olan “Naşir” jurnalının yeni sayı çapdan çıxıb.
Modern.az xəbər verir ki, jurnalın yeni sayında xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, tanınmış telejurnalist Mirşahin Ağayevlə müsahibələr yer alıb.
Həmçinin dünya çapında tanınan yazıçı, Nobel mükafatçısı laureatı Orxan Pamukdan alınan müsahibə jurnalın bu sayında oxuculara təqdim olunacaq.
Müsahibələrlə bərabər bir sıra maraqlı araşdırmalar və maarifləndirici materiallarla görüşə gələcək jurnalın baş redaktoru jurnalist-yazar Gülnar Məsimlidir.
Elmin NURİ