Modern.az

Ərdoğan müxalifət liderini məhkəməyə verir

Ərdoğan müxalifət liderini məhkəməyə verir

1 İyun 2015, 23:11


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vəkili Ali Özkaya Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun Prezident Sarayına yönəlik iddiaları ilə bağlı mənəvi təzminat iddiası açılacağını deyib.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Özkaya Kılıçdaroğlunun “Prezident Sarayında qızıla çəkilən unitazlar və stəkanlar yerləşdiyi” iddia etdiyini xatırladaraq CHP liderinin bəyanatı ilə əlaqədar böhtan atdığı səbəbilə mənəvi təzminat iddiası açılacağını deyib.

Özkaya iddia ərizəsini iyunun 2-də məhkəməyə təqdim edəcəklərini bildirib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular