Qazaxıstanın Şimkənt vilayətində məktəbli qızı oğurlayan idman müəllimi saxlanılıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, vilayət prokurorluğunun mətbuat xidmətindən bildiriblər ki, mayın 28-də 95 saylı orta məktəbin 25 yaşlı idman müəllimi 3 nəfər yardımçısı ilə 11-ci sinif şagirdini evlənmək məqsədilə oğurlayıb.
Qızın valideynlərinin müraciəti əsasında “adam oğurluğu” maddəsi ilə cinayət işi açılıb. Müəllim müvəqqəti saxlanma təcridxanasına salınıb.
Ona bu əməldə yardımçı olanların şəxsiyyətləri müəyyənləşdirilir.
Modern.az