Klassik Şərq ədəbiyyatının görkəmli nümayədəsi, fars poeziyasının yaradıcılarından biri olan Rudəki bəlkə də Tacikistanın Dünyaya İbn Sinadan sonra hədiyyə etdiyi ikinci nadir şəxsiyyətdir.
Modern.az həmin əhvalatı təqdim edir:
1964-cü ildə gənc bakılı rəssam Tacikistanın ən məşhur şairinin portretini hazırlamaq üçün Düşənbədə keçirilən müsabiqəyə qatılır. Gənc rəssamlar müsabiqəyə çox portretlər təhvil verirlər. Amma hələ ki, Rudəkiyə heç bir portreti uyğun bilmirlər. Gənc Fuad bir gün Düşənbə keçələrində gəzərkən qəflətən yaşlı, gözü görməyən, bir əlində təsbeh, bir əlində əsa qoca bir kişini görür.
Həmən beynində qığılcım yaranır. Kişinin qolundan tutub kömək edir və bu zaman artıq fikrini dəqiqləşdirir: “Rudəki məhz bu olmalıdır” Həmin yaşlının portretini çəkərək müsabiqəyə qatılır və qalib olur. Daha sonra Tacikistanda məşhur olan Rudəki heykəlini də hazırlayır.
Həmin portret bu gün bütün Orta Asiyada məşhurdur. Hamı o kişini məhz rudəki bilir, məşhur şairi ancaq o simada təsvir edirlər. halbuki o məşhur portret Əbdürrəhmanovun əlindən tutduğu əli əsaslı təsbeh çevirən kişi idi.
Elmin NURİ