Modern.az

Taekvondoçularımız Avstriyadakı turnirdə 5 medal qazanıblar

Taekvondoçularımız Avstriyadakı turnirdə 5 medal qazanıblar

1 İyun 2015, 23:45


İnsbruk şəhərində keçirilən ənənəvi “Austria Open” turniri taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan komandası uçun uğurlu olub. Milli komandamız ilin ilk turnirində aktivinə beş medal əlavə edib.

Modern.az xəbər verir ki, baş məşqçi, əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə yarışa yollanan komandanın üzvlərindən 29 kiloqram çəki dərəcəsində Ofeliya Allahverdiyeva bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.

Bəhruz Quluzadə (-37 kq) isə yalnız finalda məğlub olaraq yarışı gümüş medalla başa vurub. Digər idmançılarımızdan Cavid Soltanov (+65 kq), Minayə Əkbərova (-33 kq), Sevda Pirseyidova (-37 kq) isə bürünc medalla kifayətlənməli olublar.

Turnirdə iki minə yaxın taekvondoçu mübarizə aparıb. Azərbaycan milli komandası iyunun 2-də Vətənə qayıdacaq.

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular