Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalını təhqir edib.
Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə Ərdoğan Ərzurumdakı çıxışı zamanı Baxçalının onun haqqında “İmralıda PKK lideri Abdullah Öcalanla bir masa ətrafında oturub” deməsinə münasibət bildirərkən təhqiramiz sözlərdən istifadə edib.“İndi də prezidentlik postuna təhqir edərək bildirərlər ki, guya İmralıda görüş keçirmişəm. Əgər bunu sübut edə bilməsən, alçaq və namərdsən”,-deyə Ərdoğan hiddətlənib.
Modern.az