Ahəngyol elmi dünyada uğurla yayılmaqda davam edir. Tanınmış alim Əhməd Qəşəmoğlunun irəli sürdüyü və artıq ondan artıq ölkənin nəşrlərində işıq üzü görən, təqdimatları keçirilən Ahəngyol elmi bu dəfə Serbiyanın paytaxtı Belqradda beynəlxalq elmi ictimaiyyətin diqqət mərkəzində olub.
“Milli identiklik və beynəlxalq inteqrasiya” mövzusunda keçirilən konfransda ahəngyol elminin bu sahədə mühüm fəlsəfi yanaşma kimi ayrıca təqdimatı olunub.Modern.az xəbər verir ki, Ahəngyol elmi nəzəriyyəsi Qərb və Şərq fəlsəfi, sosioloji nəzəriyyələri, sistem nəzəriyyəsi, eləcə də dini kitabların fəlsəfi potensialı əsasında yaranıb. Bir çox ölkələrdə ahəngyol elmi müasir dövrdə sivilizasiyaların ahəngi nəzəriyyəsi kimi qiymətləndirilib, beynəlxalq inteqrasiya məsələlərində olduqca faydalı bir yanaşma kimi dəyərləndirilib.
Elmin NURİ