Modern.az

Gəncədə Rəsulzadənin büstünün başına keçirilən çuval nəhayət çıxarıldı - FOTOLAR

Gəncədə Rəsulzadənin büstünün başına keçirilən çuval nəhayət çıxarıldı - FOTOLAR

Təhsil

2 İyun 2015, 09:15

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin  Rəsulzadənin Gəncə şəhərinin Dəmiryolçular parkındakı büstünün başına keçirilən çuval nəhayət dünən çıxarılıb.

Modern.az saytının məlumatına görə, bu barədə xəbəri və fotoşəkilləri Gəncə sakini Azər Allahverdiyev Facebook-da paylaşıb

“Gəncə şəhər Dəmiryolçular parkında Məhəmməd Əmin Rəsulzadənin heykəlinin başından torbani iki ildən artiq idi ki, çalışırdım çıxartdıram, heç bir nəticə vermirdi. 28 may 2015 ci il tarixində millət vəkili Sabir Rüstəmxanlı ilə telefon əlaqəsi yaradıb bildirdim ki, siz və Fazil Mustafa bir neçə dəfə Milli Məclisdə məsələ qaldırsanız da, hələ də heykəlin başında torba eyni vəziyyətdə qalır. 28 may həmçinin Fazil Mustafa ilə də telefon əlaqəsi yaratdım hər iki deputatın 29 may 2015 ci il tarixində Milli Məclisdə qaldırdıqları məsələ həllini tapdı. Məhəmməd Əmin Rəsulzadənin başından torbanı çıxartdılar. Bu heykəlin başından torbanı mən və millət vəkilləri Fazil Mustafanın, Sabir Rüstəmxanlının köməkliyi nəticəsində çıxarıldı hər iki deputata minnətdaram”,-deyə Azər Allahverdiyev bildirib.

Milli Məclisin mayın 29-da keçirilmiş iclasında deputat Sabir Rüstəmxanlının bu məsələni qaldırması -  Rəsulzadənin büstünün başına keçirilən  çuvalın çıxarılmasını tələb etməsi parlamentdə qalmaqala səbəb olmuşdu.

Məsələylə bağlı Gəncə şəhər İcra Hakimiyyəti və "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin rəsmiləri isə sonradan verdikləri açıqlamalarda məsuliyyəti bir-birlərinin üzərinə ataraq, sözügedən parkın onların balansında olmadığını sübut etməyə çalışmışdılar.




Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular