Çində 458 adamı daşıyan gəminin çayda batdığı bildirilir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, batan gəmidən bu ana qədər 10 adamın qurtarıldığı açıqlanıb.
Xəbərdə qeyd edilir ki, ölkənin mərkəzindəki Hubey əyalətində olan Yangtze çayında 458 adamı daşıyan Dongfangcışing (Şərq Ulduzu) adlı sərnişin gəmisinin batdığı və bu ana qədər aralarında gəmi kapitanı və baş mühəndisin olduğu 10 adam qurtarılıb.
Kapitan və baş mühəndis gəminin qasırğaya düşməsindən qısa müddət sonra batdığını söyləyib. Ölkənin baş naziri Li Kıçiangın hadisə yerinə gedib. Digər məlumata görə, gəmi ölkənin şərqində yerləşən Ciangsu əyalətinin paytaxtı Nancingdən cənub-qərbdə olan Çongçing şəhərinə gedirmiş. Bölgəyə mindən çox axtarış-xilasetmə qrupunun sövq edildiyi bildirilir, şiddətli külək və yağışın xilasetmə işlərini çətinləşdirdiyi də qeyd edilir.
Modern.az