
ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Alexis Şahtaxtinskinin təyinat müddəti 31 may 2015-ci il tarixində başa çatıb. Bu barədə Modern.az saytına Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
“ATƏT-in Bakı layihə əlaqələndiricisindən Xarici İşlər Nazirliyinə daxil olmuş məktubda ATƏT-in Bakı layihə əlaqələndiricisi Alexis Şahtaxtinskinin təyinat müddətinin 31 may 2015-ci il tarixində başa çatması bildirilib. ATƏT-dən verilən məlumata görə Fransa hökuməti vətəndaşlığını daşıyan Alexis Şahtaxtinskinin ATƏT-in Bakı layihə əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may 2015-ci il tarixindən sonrakı müddətə uzadılmasını dəstəkləməyib”.
Qeyd edək ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" hesabında Alexis Şahtaxtinskinin vəzifədən kənarlaşdırılmasına səbəb kimi ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyini əsas olaraq göstərmişdi. O bildirmişdi ki, ABŞ-ın ATƏT-dəki səfiri D.Bayer A.Şahtaxtinskiyə prezident İlham Əliyevlə şəkil çəkdirməsini irad tutmuşdu.
Modern.az