Müsəlman qadına sərnişin olaraq mindiyi təyyarədə “Coca-cola” içkisi verilməyib. Modern.az saytı xəbər verir ki, “The Guardian”ın məlumatına görə,buna səbəb həmin qadının “Cola” qutusundan silah kimi istifadə etmə ehtimalı əsas gətirilib.
Çikaqodakı Şimal-qərb Universitetində din xadimi olaraq çalışan Tahirə Əhməd adlı müsəlman qadın sərnişin olaraq mindiyi ABŞ-a məxsus təyyarədə xidmətçidən bağlı qutuda (dəmir banka) olan “Coca-cola” istəyib.
Ancaq stüardessa sərnişinlərə bağlı içki verilmədiyini bildirib. Müsəlman qadın dərhal yanındakı sərnişinə bağlı qutuda pivə verildiyini gördükdə içkini onun əlindən alaraq qapağını açıb və “Gördüyünüz kimi silah olaraq istifadə etmədim” deyib.
Qadın sərnişin müsəlman olduğu üçün başına gələnləri sosial şəbəkədə paylaşdıqdan sonra xəbər media orqanlarında menşetə çıxarılıb. Təyarənin məxsus olduğu aviaşirkət hadisədən sonra stüardessanın istintaqa cəlb olunduğunu açıqlayıb.
Gülşən RAUFQIZI