Modern.az

Qazaxda aclıq aksiyası - İCRA HAKİMİYYƏTİ XƏBƏRSİZDİR

Qazaxda aclıq aksiyası - İCRA HAKİMİYYƏTİ XƏBƏRSİZDİR

2 İyun 2015, 11:33

Qazax rayonun Xanlıqlar kəndində uşaq bağçasının müdirəsi Xatirə Əsgərova tərəfindən aldadılaraq, adlarına kredit götürülmüş sakinlər dünən səhərdən aclıq aksiyasına başlayıblar.

Modern.az saytı musavat.com-a istinadən bildirir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının Qazax rayon bölməsinin sədri Nizami Haqverdiyev məlumat verib.

O qeyd edib ki, 30 nəfər vətəndaş banklar tərəfindən aldadılıb. “İşləyənin maaşı, təqaüdçünün pensiyası hər ay banklara köçür. Vətəndaşların qazları da kəsilib. İndi burada vəziyyət çox acınacaqlıdır. 10 aydır ki davam edən işə nə məhkəmə baxır, nə prokurorluq. Bizi hədələyirlər, şəxsən məni ölümlə hədələdilər”.

Modern.az məsələ ilə bağlı həmin dairənin deputatı İlyas İsmayılovla əlaqə saxlayıb. Deputat bu barədə eşitdiyini, lakin tam məlumatlı olmadığını bildirib. “Eşitmişəm, amma tam məlumatlı deyiləm. Bunu rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarından öyrənin”.

Qazax Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Məhəmməd Orucov isə bu haqda məlumatlı olmadığını bildirib. “İcra hakimiyyətinin qarşısı tamamilə sakitlikdir. Bura heç kim yığışmayıb. Ümumiyyətlə, bu məsələ haqqında məlumatım yoxdur”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular