Velosipeddən yıxılan ABŞ-ın dövlət katibi Con Kerrinin sınan ayağı əməliyyat olunacaq.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, buna qədər o, İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə bağlı nazirlərlə telefon vasitəsilə əlaqə quracaq.
Kerri əməliyyat üçün Massaçusets ştatının Boston şəhərindəki mərkəzi xəstəxanaya gəlib. O, Fransanın Sonze şəhərində velosipeddən yıxılaraq ayağının bud hissəsini sındırıb. Xəsarət 71 yaşlı siyasətçinin həyatı üçün təhlükə hesab olunmur.Modern.az