Ermənistanın Sisiyan rayonunun Anqexakot kəndi yaxınlığında Müdafiə Nazirliyinə məxsus “Ural” avtomobili aşıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin sözçüsü Artsun Ovannisyan qəza ilə bağlı faktı təsdiqləyib.
Onun sözlərinə görə, hadisə zamanı maşındakı 20 əsgərdən 3-ü müxtəlif dərəcəli xəsarət alıb.
Modern.az