1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti Horadiz şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş 2 №-li körpələr evi-uşaq bağçasında keçirilən “Bir balaca dünyam var” adlı tədbir-bayram şənliyi keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, uşaqlar, müəllimlər və valideynlər iştirak ediblər.
İcra başçısı Alı Alıyev uşaqları 1 uyun tarixi münasibətilə təbrik edib, ölkəmizdə uşaq hüquqları ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb, Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğısından bəhs edib. Bildirib ki, humanizm və nəciblik kimi missiyaları şərəflə yerinə yetirən Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi və mədəni həyatımızdakı rolu son dərəcə mühüm, xidmətləri danılmazdır.
Qeyd edilib ki, son dörd ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Füzuli rayonunda 240 şagird yerlik tam orta məktəb, Tarix Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilib. Heydər Əliyev Fondu füzulili körpələri də yadından çıxarmayıb. Hazırda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində ən müasir standartlara cavab verən ikimərtəbəli 100 çarpayılıq uşaq bağçası azyaşıların istifadəsindədir. Fondun maliyyə dəstəyi ilə Bala Bəhmənli kəndində tikilən 60 çarpayılıq uşaq bağçasının inşası yaxın günlərdə başa çatacaq. Əhmədbəyli kəndində isə 35 çarpayılıq körpələr evi-uşaq bağçasının tikintisi davam edir.
Sonra bağçada uşaqların hazırladıqları “Bir balaca dünyam var
” adlı şənlik keçirilib. Bayram şənliyində uşaqların hazırladıqları rəqslər, şeirlər, şən və yumoristik səhnəciklərə tamaşa edilib.

Modern.az