İyun ayının 7-də Türkiyə Böyük Millət Məclisinə (parlament) növbəti seçki keçiriləcək. Azərbaycan nümayəndə heyəti də seçkiləri müşahidə etmək üçün Türkiyəyə gedəcək.
Mərkəzi Seçki Komissiyasından (MSK) Modern.az saytına verilən məlumata görə, bu qurum 2 əməkdaşını Türkiyəyə ezam edəcək.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov isə Modern.az-a deyib ki, deputat həmkarı Eldar İbrahimovla birgə Türkiyədəki seçkiləri izləməyə gedəcəklər: “Mən və Eldar İbrahimov Türkiyədəki seçkiləri müşahidə edəcəyik” .
Qeyd edək ki, Nizami Cəfərov parlamentin Mədəniyyət komitəsinin, Eldar İbrahimov isə Aqrar siyasət komitəsinin sədridir.
Aqşin Kərimov