Modern.az

QHT- lər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdi

QHT- lər  Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdi

2 İyun 2015, 15:44


Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında “Bakı 2015” I Avropa Oyunları və ictimai davranış qaydalarına həsr olunmuş müzakirələr keçirilib.

40-a yaxın QHT-nin qatıldığı toplantıda Birinci Avropa Oyunlarına dəstək verilib və hər bir azərbaycanlının ölkəmizin təbliğatçısı olmasının zəruriliyi vurğulanıb.

Həmçinin müzakirələrdə müxtəlif təkliflər səsləndirilib.

Toplantının sonunda qərara qlınıb ki, həmin təkliflər media vasitəsilə müvafiq dövlət strukturlarına, əsas olaraq Bakı Şəhər İcra Hakimiyyətinə çatdırılsın.

 Modern.az həmin təkilfləri təqdim edir.

· Taksilərin  əsasən piyada keçidləri üzərində və ictimai nəqliyyatın dayanacaq sahəsində dayanmasını, bunun da Bakı şəhərinin  yollarında yol hərəkəti gərginliyi yaratmasını  nəzərə alaraq, taksi dayanacaqlarının yerlərinin müəyyənləşdirilməsi və belə hallara qarşı mübarizə üçün Dövlət Yol Polisi əməkdaşlarının təlimatlandırılması,

· Avtobus sürücülərinin yol hərəkəti qaydalarına riayət etməsinə nəzarət müvafiq qurumlar tərəfindən daha ciddi surətdə həyata keçirilməsi, sükan arxasında sürücülərin siqaret çəkməsinin və mobil telefonla danışmasının qarşısının alınması,

· Bəzi küçə və səkilərin bərbad vəziyyətdə olduğunu nəzərə alaraq, bununla bağlı I Avropa Oyunları ərəfəsində təcili tədbirlər həyata keçirməsi, paytaxtın  mərkəzi hissəsində yerləşən ərazilərdə (Sahil və 28 May metro stansiyası, Azadlıq prospekti və s.) səkilərin təmiri işlərinin təcili həyata keçirilməsi,  

· Bakının bir çox küçələrində (Bəşir Səfəroğlu, Mirzağa Əliyev, Zevin, Çingiz Mustafayev və digər bu kimi küçələrdə) yolun hər iki tərəfində maşınların park edilməsinin piyadaların hərəkəti üçün çətinlik yaratdığını nəzərə alaraq Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətindın problemin aradan qaldırılmasına yardımçı olmalarının xahiş edilməsi,

· Sürücülük mədəniyyəti və ictimai davranış qaydalarına həsr olunan silsilə televiziya və radioverilişlərin təşkil edilməsi, təsiredici şüarlardan istifadə olunmaqla radiolar üçün ümumi mətn hazırlayıb səs siqnalı və ondan istifadə olunmayan ölkələrin və şəhərlərin adlarını çəkməklə, siqnalın onu eşidənlərdə hansı psixoloji gərginlik yaratdığının diqqətə çatdırması,

· Bakı şəhərinin mərkəzi hissələri ilə yanaşı, ətraf yaşayış məntəqələrində,  mikrorayonlarda və ictimai yerlərdə normativə uyğun zibil qutularının yerləşdirilməsi, (Gənclik, Nərimanov, Neftçilər, Qara Qarayev metro stansiyaları ətrafında belə zibil qabları yoxdur).

· Sabunçu rayonu Anaşkin küçəsi, döngə 1-də yaşayan sakinlər adından kanalizasiya sisteminin dağılması, nəticədə həyətlərə axan çirkabla bağlı aidiyyəti təşkilatlara müraciətlər edilməsi,

· Metro stansiyalarında, qatarlarda, avtobus dayanacaqlarında, yanacaqdoldurma məntəqələrində və ticarət mərkəzlərində ictimai davranış qaydalarına həsr olunan kiçik elanların və reklam roliklərinin yerləşdirilməsi,

· Mobil operatorlar tərəfindən abonentlərə ictimai davranış qaydalarına həsr olunan mesajların ötürülməsi,

· Post-patrul xidməti əməkdaşlarının yeraltı keçidlər, yerüstü körpülər, piyada keçidi üçün nəzərdə tutulan zolaqlardan kənarda duraraq qaydanı pozan vətəndaşları cərimələməsi əvəzinə, həmin keçidlərin bilavasitə yaxınlığında duraraq onlardan düzgün istifadə üçün əhalini istiqamətləndirməsi,

· Bakının Nizami küçəsində (Torqovı) və əhalinin istirahət etdiyi digər ictimai yerlərdə bəzi şəxslər tərəfindən it boğuşdurulmasının qarşısının alınması.

· Dənizkənarı parkda, ictimai-iaşə və digər xidmət obyektlərində süni qiymət artımının qarşısının alınması.

· Bakı Beynəlxalq Avtovağzalı ərazisində xidmət səviyyəsinin yüksəldilməsi,

· İctimai-iaşə və digər xidmət obyektləri işçilərinin zövqlə hazırlanmış uniformalarla təmin edilməsi, belə xidmətlərdə gender balansına diqqət yetirilməsi,

· Polis işçiləri üçün əhali ilə davranış və danış mədəniyyətinə dair treninqlərin təşkili, .

· Bakının insanlar çox olan yerlərində Azərbaycanın xəritəsini quraşdırmaq və işğal olunmuş rayonları xəritədə alov içində təqdim edilməsi,

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular