Modern.az

Ermənistanda elektrik enerjisi bahalaşacaq

 Ermənistanda elektrik enerjisi bahalaşacaq

2 İyun 2015, 16:56


“Elektrik enerjisinin qiyməti artacaq, ancaq məbləğin nə qədər olacağı məlum deyil”.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bunu ictimai xidmətlərin tənzimlənməsi komissiyasının sədri Robert Nazaryan bəyan edib.

Onun sözlərinə görə, komissiya “Ermənistan elektrik şəbəkəsi” şirkətinin qiymət artımı ilə bağlı sifarişini araşdırıb, ancaq qərar iyunun 9, yaxud 10-da veriləcək.

Komissiyaya müraciət edən şirkət bir kilovatt elektrik enerjisinin qiymətinin 17 dram qaldırılmasını xahiş edib. Bunun əleyhinə olan iddia edirlər ki, qiymət artımında məqsəd şirkətin 250 milyon dram həcmində olan borcunu örtməkdir.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular