“Bəlkə Xoşqədəm Baxşəliyevanın deyil, başqa bütün verilişləri bağlayaq?! Orada Azərbaycan əleyhinə nəsə deyilir, söyüş söyülür? Niyə verilişi bağlamalıyıq?”.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Modern.az-a açıqlamasında Azərbaycan prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Dilarə Vəliyevanın təklifinə münasibət bildirərkən deyib:
“Hər kəs televiziyaşunas olub. Dilarə xanımı tanımıram, amma yaxşı olardı ki, öz işi ilə məşğul olsun, öz işini yaxşı görsün. Xoşunuza gəlmirsə, başqa kanala baxın”.
ATV-nin mətbuat əlaqələndiricisi Vaqif Aydınoğlu isə məlumat verməkdən imtina edib. “Bizə açıqlama verməyə rəhbərlik icazə vermir, ona görə heç nə deyə bilməyəcəm”.
Azərbaycan prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Dilarə Vəliyeva I Avropa Oyunları ərəfəsində ATV və ANS telekanallarında Zaur Baxşəliyev və Xoşqədəm Baxşəliyevanın təqdimatında yayımlanan verilişlərin dayandırılması təklifi ilə çıxış edib.
Aytən ƏLİYEVA