Modern.az

Deputatlar vitse-spikerin başçılığı ilə Parisə gedir

 Deputatlar vitse-spikerin başçılığı ilə Parisə gedir

2 İyun 2015, 17:23


İyunun 4-dən 5-dək Parisdə “Azad seçki hüququnun həyata keçirilməsi: seçki qanunvericiliyinin tətbiqində çağırışlar və Avropa Şurası standartlarına əməl edilməsi” mövzusunda parlament konfransı keçiriləcək.

Konfransda Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə  nümayəndə heyətinə deputatlardan Azay Quliyev, Asim Mollazadə və Sahibə Qafarova daxildir.

Avropa Şurası Parlament Assambleyasının təşkilatçılığı ilə keçiriləcək bu konfransda seçki kampaniyaları və inzibati resurslardan istifadə, seçki siyahılarında qeyri-dəqiqliklər və xaricdə yaşayan vətəndaşların səsverməsində çətinliklər, seçki komissiyalarının fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Konfransda Milli Məclisin deputatları çıxış edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcəklər.

Modern.az  

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular