Modern.az

Abituriyentlərin bilik səviyyəsini artırmaq üçün köklü dəyişikliyə ehtiyac var - Sədr

Abituriyentlərin bilik səviyyəsini artırmaq üçün köklü dəyişikliyə ehtiyac var -  Sədr

2 İyun 2015, 17:56


Bu il  ali məktəblərə qəbul imtahanlarında 4 abituriyent yüksək nəticə göstərib. Abituriyentlərin ötən illərin məzunları olduğunu nəzərə alsaq, nəticələri heç də qənaətbəxş hesab etmək olmaz. Yüksək nəticə toplaya bilməyən abituriyentlərin sayının artmasına səbəb nədir?

Təhsil Şurasının sədri Əjdər Ağayev Modern.az saytına bildirib ki, ötən il imtahan verən abituriyentlərin yüksək savadı olsaydı, elə həmin il müvafiq yerlər tutardılar: “Deməli, bu abituriyentlər ötən ildən zəifdirlər. Amma ötən müddətdə onlar daha yaxşı hazırlaşa bilərdilər.

Görünür, bu da lazımi səviyyədə olmayıb. Buna görə də aşağı nəticə göstəriblər. Zənnimcə, məsələnin kökündə həmin şəxslərin oxuduğu ümumtəhsil məktəblərində təhsilin aşağı səviyyədə olması dayanır.

Bakıdakı bir sıra məktəbləri çıxmaq şərti ilə regionlardakı məktəblərin əksəriyyəti lazımı səviyyədə təhsil verə bilmir. Niyə? Çünki orda uşaqlar və müəllimlər məktəbə aid olmayan işlərə cəlb olunur. İcra hakimiyyətləri təhsil prosesinə müdaxilə edir.

Lazımı keyfiyyətli laboratoriyanın yaradılması və digər fayda verəcək işlərin görülməsinə yardımçı olmurlar. Hesab edirəm ki, regional təhsil idarələrinin yaradılmasına ehtiyac var. Bu idarələr yaradılanda yerli icra hakimiyyətlərini təhsili bilməyən başçılarının yersiz müdaxiləsinin qarşısı alına bilər. Müəllimlərin ixtisas hazırlığı da ardıcıl aparılmalıdır.

Bununla yanaşı, məktəblərə nəzarəti də artırmaq lazımdır. Bu gün məsuliyyət çox aşağıdır. Qanun əsas olsun, pedaqoji tələblər yerinə yetirilsin, qiymət də obyektiv verilsin.

Bunlar həyata keçirilməyənə qədər məktəblərdə təhsilin səviyyəsi aşağı olacaq və abituriyentlər də aşağı nəticələr göstərəcəklər. Məsələni kökündən həll etmək lazımdır”.  

Yeganə OQTAYQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular