Modern.az

Keçmiş kansler reanimasiyaya düşdü

Keçmiş kansler reanimasiyaya düşdü

2 İyun 2015, 21:40


Almaniyanın keçmiş kansleri Helmut Kol bağırsaq əməliyyatından sonra reanimasiyaya yerləşdirilib. Modern.az-ın Almaniya KİV-nə istinadən verdiyi xəbərə görə, əməliyyatdan sonra keçmiş kansler uzun müddət huşsuz qaldığından intensiv terapiya şöbəsinə keçirilib. Kol indi Qeydelberq Ubiversitetinin klinikasındadır. Qeyd edək ki, bir ay əvvəl keçmiş kansler həmin klinikada bud-çanaq oynağından da əməliyyat olunub.

Aprelin 3-də Helmut Kolun 85 yaşı tamam olub. O 1982-1998-ci illərdə Almaniya Federativ Respublikasının kansleri olub. Məhz onun zamanında AFR ilə Almaniya Demokratik Republikası birləşib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular