Nigeriyanın şimal-qərbindəki bazarda baş verən partlayışda ən azı 50 nəfər həlak olub. Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, partlayış Maiduquri şəhərində reallaşdırılıb. İlkin məlumata görə, hücumu “Boko xaram” ekstremist qrupu həyata keçirib.
Maiduquri rayonu bu təşkilatın əsas hədəflərindən biridir.
Nigeriyanın yeni prezidenti Muhəmməd Buhari ötən həftə keçirilən inauqurasiya zamanı hökumət ordusunun qərargahının paytaxtdan bu əraziyə köçürülüb “Boko xaram”a qarşı mübarizəni gücləndiriləcəyini vəd edib.
Modern.az