Modern.az

TQDK: “Buraxılış imtahanlarının nəticləri tezliklə açıqlanacaq”

TQDK: “Buraxılış imtahanlarının nəticləri tezliklə açıqlanacaq”

2 İyun 2015, 23:12

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

Modern.az-ın məlumatına görə, iyunun 2-də eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan veriblər.

IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanıb.

Bütün imtahan mərkəzlərində imtahan təlimata uyğun keçirilib, şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, iyunun 3-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. TQDK bildidib ki, nəticələr yaxın günlərdə elan olunacaq.


TQDK-nın məlumatına görə, Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan 31490,
XI siniflərin isə 24408 şagirdi buraxılış imtahanı verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular