Modern.az

Avropada təhsil almaq üçün ASAN XİDMƏT

Avropada təhsil almaq üçün ASAN XİDMƏT

3 İyun 2015, 09:36


Avropada təhsil almaq istəyən tələbələr üçün 06 iyun 2015-ci il tarixində Macarıstanın ən məşhur, qədim və nüfuzlu Universitetlərinin təqdimatı keçiriləcək.

Təqdimat, “ETS Education”  şirkətinin  təşkilatçılığı ilə  Akademik Həsən Əliyev küç. 36 ünvanında, 1 saylı ASAN xidmətin 4-cü mərtəbəsində yerləşən təlim otağında saat 15:00-da başlayacaq.

Həmin təqdimatda Macarıstanın İnternational Business School universiteti, Debrecen universiteti, ELTE universiteti, SZİU universiteti, Pecs universiteti və digər universitetlər barədə, o cümlədən  Macarıstandakı xidmətlərimiz barədə ətraflı məlumat veriləcək.

Təqdimat zamanı adı çəkilən universitetlərdə iqtisadiyyat, maliyyə, biznes, beynəlxalq əlaqələr və diplomatiya, turizm menecmenti, incəsənət, musiqi, rəsm və fotoqrafiya, kompyuter mühəndisliyi, tikinti və inşaat mühəndisliyi, memarlıq, insan resursları menecmenti, tibb, müalicə işi, intensiv ingilis dili kursları və yay məktəbləri barədə məlumatlar dinləyicilərin nəzərlərinə çatdırılacaq.

Qeyd etmək yerinə düşər ki, Macarıstan universitetləri Azərbaycan dövlətinin “2007-2015-ci illər Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqram”ına daxildir və bu universitetlərinin diplomları Azərbaycan höküməti tərəfindən tanınır.

Xatırladaq ki, Macarıstan bir ölkə olaraq bir çox üstünlüklərə malikdir. Belə ki, Avropa İttifaqı məkanında ən münasib təhsil və yaşayış xərcləri, daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri, Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən ingilis dilli təhsil sistemi Macarıstanı digər ölkələrdən əsaslı şəkildə fərqləndirir.

Məlumat üçün deyək ki, təqdimata giriş sərbəstdir və arzu edən hər kəs bu təqdimatda iştirak edə bilər. Bunun üçün öz adınızı və soyadınızı 012 480 20 00 nömrəsinə zəng etməklə və ya [email protected] e-mailinə təqdimatda iştirak etmək istəyinizi yazmaqla qeydiyyatdan keçə bilərsiniz.

Təqdimat iştirakçıları 06 iyun saat 15:00-da Akademik Həsən Əliyev küç. 36 ünvanında, 1 saylı ASAN xidmətin 4-cü mərtəbəsində yerləşən təlim otağına gəlmələri xahiş olunur.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular