Modern.az

Bu universitet 600-dən artıq bal toplayana əlavə təqaüd verəcək

Bu universitet 600-dən artıq bal toplayana əlavə təqaüd verəcək

3 İyun 2015, 09:43


Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Elmi Şurasının qərarına əsasən, təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında 600-dan yuxarı bal toplayaraq, 1-ci kursa daxil olan hər bir tələbəyə universitet hesabına əlavə təqaüd veriləcək. Bu barədə Modern.az-a universitetdən məlumat verilib.

2015-2016-cı tədris ilinin ilk semestri müddətinə təyin olunacaq təqaüdün məbləği 100 manat müəyyən edilib. Eləcədə, universitetdə qəbul edilmiş digər qərara uyğun olaraq, hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək.

Məqsəd ADİU tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular