Modern.az

Prezidentlər nəzərdə tutulan görüşdə nələri müzakirə edəcəklər?

Prezidentlər nəzərdə tutulan görüşdə nələri müzakirə edəcəklər?

3 İyun 2015, 11:38

Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Serj Sərkisyanla tarixi növbəti görüşünün keçiriləcəyi gözlənilir. Lakin bu görüşün tarixi bəlli deyil.  Bəs dövlət başçıları  görüşdə hansı məsələləri müzakirə edə bilər?

Mövzu ilə bağlı Modern.az saytına danışan politoloq Qabil Hüseynli  bildirib ki, ehtimal olunan görüşdə Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində pozitiv addımların atılmasına dair müzakirələr aparıla bilər:

“Bu addımların atılmasında həm ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusən  də Rusiya  əhəmiyyətli rol oynayır. İlk dəfədir ki, Rusiya bu prosesə tam da olmasa ciddi obyektiv yanaşmaya başlayıb. Bu da prosesi irəlilədən amillərdəndir. Güman edirəm ki, prezidentlərin görüşünə kimi xarici işlər nazirlərinin görüşü olacaq. O dövrə qədər müəyyən məsələlər də Moskva ilə birdə müzakirə ediləcək.

Görüşdə ən azından Dağlıq Qarabağın hüdudlarından kənardakı 5 rayonun geri qaytarılması haqda qərar qəbul edilə bilər. Bununla da Qarabağın bir hissəsini erməni işğalçılarından diplomatik yolla azad etmək mümkün ola bilər”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bir aprel ayının 30-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla prezidentlərin  gələcək görüşünü müzakirə ediblər. Bu barədə məlumatı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik vermişdi.

Sevinc YASİNQIZI


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular