Azərbaycan milli mətbuatının 140 illik yubileyində Həsən bəy Zərdabi mükafatı veriləcək.
Bunu Modern.az saytına Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.
O bildirib ki, mükafat iyulun 22-də veriləcək:
“Hər il kateqoriyalar üzrə dəyişiklik olur. Ona görə indidən nəsə demək tezdir. Həm də əgər həmin kateqoriyalara uyğun adam varsa, mükafat verilir”.
Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı 1990-cı illərin sonlarında təsis olunub. Laureatlar Azərbaycan Jurnalistikası Günü ərəfəsində sərbəst nominasiyalar üzrə seçilir.
2014-ci ildə mükafata BBC-Azərbaycanın əməkdaşı Famil İsmayılov, “Xalq qəzeti” dən Həsən Həsənov, AzTV-nin əməkdaşı Təranə Məmmədova, “Azadlıq” radiosundan Arifə Kazımova, publisist Nəcibə Bağırzadə, “Azadlıq” qəzetinin köşə yazarı Aynur Elgünəş, “Region Şəki” qəzetindən Baba Mirzəxanlı layiq görülüb.
Sevinc YASİNQIZI