Modern.az

Nobel mükafatçısı öldü

Nobel mükafatçısı öldü

3 İyun 2015, 13:36



ABŞ-da 2004-cü ildə kimya üzrə Nobel mükafatı alan 88 yaşlı laureat İrvin Rouz dünyasını dəyişib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o? iyunun 2-də Massaçusets ştatının Dirfild şəhərində ölüb.

İrvin Rouz 1926-cı il iyunun 16-da Nyu-Yorkun Bruklin rayonunda anadan olub. 1948-ci ildə Vaşinqton ştatında universiteti bitirib və 4 il sonra dissertasiya müdafiə edib. O, Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Foks Çeyze Onkologiya mərkəzinin alimlər qrupunun rəhbəri olub, 2004-cü ildə Aaron Çexanover və Avram Qerşko ilə birgə Nobel mükafatına layiq görülüb.

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular