ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandırıb.
Modern.az saytının Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə İvitsa Daçiç ATƏT-in Minsk qrupunun həmsədri Rusiyanı ittiham edib.
O qeyd edib ki, Qarabağ münaqişəsinin nizama salınması məsələsində Rusiyanın obyektivliyi şübhə altındadır.
O, Azərbaycanın Rusiyadan silah almasına da münasibət bildirərək qeyd edib ki, tərəflərin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
“Minsk qrupunun həmsədri konstruktiv yanaşma nümayiş etdirməlidir və sülh prosesinə yardım etməlidir”.
Nazir onu da deyib ki, qaçqın, köçkün və itkin düşənlərlə bağlı məsələlərin həllindən ötrü sülh prosesini möhkəmləndirmək və cəbhə xəttində atəşkəs rejiminə əməl etmək kazımdır.
Aqşin Kərimov