Modern.az

Dövlət İdarəçilik Akademiyasında məzunlarının buraxılışı olub - FOTOLAR

Dövlət İdarəçilik Akademiyasında məzunlarının buraxılışı olub - FOTOLAR

3 İyun 2015, 14:24

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 2015-ci il məzunlarının buraxılışı olub.

Buraxılış toplantısında əvvəllər Zaqafqaziya Ali Partiya məktəbi kimi fəaliyyət göstərdiyi vaxtlar burada təhsil almış, hazırda bu təhsil ocağının professoru olan Milli Məclisin komitə sədri Hadi Rəcəbli iştirak edib. 

Tədbiri  rektor, akademik Urxan Ələkbərov açıb, təhsil ocağının son illər həyata keçirdiyi fəaliyyət barədə məlumat verib, məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
Bildirilib ki, bu il Dövlət İdarəçilik Akademiyasından 188 bakalavr, 85 magistr pilləsini başa vuran gənclər məzun olub. Bakalavr pilləsindən məzun olan gənclərdən 14 nəfəri dörd il müddətində Prezident təqaüdü alıblar.

Təbrik üçün çıxış edən deputat Hadi Rəcəbli məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, DİA-nın bu gün müstəqil Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsi, milli dövlətçilik ideologiyasının təbliği sahəsində uğurlu fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında mühüm yerlərdən birini tutduğunu vurğulayıb. Deputat deyib ki, gənclərə göstərilən dövlət qayğısı, təhsil sahəsində qazanılan uğurlar, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi prezident İlham Əliyevin sistemli və uzaqgörən siyasətinin nəticəsidir.
H.Rəcəbli bildidib ki, Dövlət idarəçilik Akademiyası ona çox əzizdir, çünki əvvəllər Partiya məktəbi adlanan bu binada təhsil alıb və hazırda bu təhsil ocağının professorluğundan şərəf duyur.

“Ümid edirəm ki, DİA-nın ənənələrinə sadiq qalan məzunları öz bilik və bacarıqları ilə idarəçilik sahəsinə töhfələrini verəcək və laiqli dövlət məmuru olaraq bizi daim sevindirəcəklər. Əziz məzunlar mən sizi birdaha təbrik edir və gələcək karyeranızda uğurlar arzulayıram”.

Tədbirdə Milli Məclisin deputatı professor Musa Qasımlı, akademiyanın Tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədova, Siyasi İdarəetmə fakültəsinin dekanı, dosent Zaur Bağırov, İnzibati idarəetmə fakültəsinin dekanı dosent Oqtay Əliyev, Magistratura pilləsi üzrə məzun Ülkər Vahidli, Siyasi-idarəetmə fakültəsi üzrə məzun Təbriz Raufoğlu çıxış edərək diplom alanları və valideyinləri təbrik ediblər.

Sonda məzunlarla Milli Məclisin deputatları və DİA-nın müəllim heyəti ilə  xatirə şəkili çəkdiriblər.







Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi