Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Modern.az xəbər verir ki, dövlət başçısı Aleksis Şahtaxtinskinin Azərbaycan-ATƏT əməkdaşlığının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi, ötən dövr ərzində həyata keçirilən layihələrin yaxşı nəticələr verdiyini vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzuladı.
ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski fəaliyyəti dövründə təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı və eləcə də ölkəmizin rifahı naminə səylərini əsirgəmədiyini vurğuladı.
Modern.az