Modern.az

Mətbuat Şurası bu il də Ali Media mükafatı verəcək - Əflatun Amaşov

Mətbuat Şurası bu il də Ali Media mükafatı verəcək - Əflatun Amaşov

3 İyun 2015, 14:59


Mətbuat Şurası Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı hansı tədbirlərin keçiriləcəyini müəyyənləşdirməyib.

Modern.az-a açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, mətbuat günü ilə bağlı tədbirlərin prezidentin verdiyi sərəncama uyğun keçirilməsi üçün işlər gedir:

“Prezident İlham Əliyev dünən Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı sərəncam verib. Biz çalışacağıq ki , tədbirlər sərəncama uyğun olsun. Amma hələ ki tədbirlər planı müəyyənləşməyib. Hər şey dəqiqləşdikdən sonra mətbuata açıqlama verəcəyik”.

Əflatun Amaşov hər il olduğu kimi bu il də Ali Media mükafatının veriləcəyini deyib:

“Mükafat iyulun 22-də veriləcək”.

Sevinc YASİNQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular