Şamaxı şəhərində zəlzələ qeydə alınıb. Modern.az Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, bu gün saat 14:32:57-də Şamaxı ərazisində, Şamaxı-İsmayıllı sərhədində yeraltı təkanlar baş verib. Zəlzələnin gücü 4,6 bal gücündə olub.
İkin məlumatlara əsasən 15:06:18-da İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ 6 km dərinlikdə, 4 bal gücündə olub.
Zəlzələ hiss olunub.
Modern.az