Modern.az

Müsavatla AXCP yeni seçki bloku yarada bilərmi? - Biri “hə”, biri “yox” deyir

Müsavatla AXCP yeni seçki bloku yarada bilərmi? - Biri “hə”, biri “yox” deyir

3 İyun 2015, 15:11


2013-cü il prezident seçkilərindən sonra Müsavat Partiyasının Milli Şuradan çıxması AXCP-nin ciddi narazılığına səbəb oldu. Hər iki partiya arasındakı münasibətlər bu günə qədər normallaşmayıb. 2015-ci ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə bağlı Müsavat və AXCP yenidən bir blokda birləşə bilərmi?

Modern.az saytı məsələ ilə bağlı hər iki partiyadan açıqlama alıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:

“Siyasətdə belə bir anlayış var, heç vaxt “yox” demirik. Hər şey ola bilər. Hər şey ölkədəki siyasi situasiyadan asılıdır. Ümumiyyətlə, Müsavat Partiyası geniş koalisiyanın yaradılmasını məqbul hesab edir. Amma hələ ki bu haqda danışıqlar və müzakirələr getmir. Müsavat Partiyası və AXCP seçkiyə hazırlaşır. Amma seçki ərəfəsində belə məsələlər ortaya çıxa bilər. Mən bunu keçmiş təcrübəyə əsaslanaraq deyirəm”.

AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı:

“Partiya hələ ki seçki ilə bağlı qərarını verməyib. Həm Milli Şura, həm də AXCP rəhbərliyi ilə keçiriləcək müzakirələrdən sonra qərar verəcəyik. Partiyanın seçki ilə bağlı bütün fəaliyyəti və gələcək addımlarının atılması Milli Şura çərçivəsində nəzərdə tutulur. Yəni fəaliyyətimiz Milli Şura çərçivəsində olacaq. Yəqin ki, seçkidə Milli Şura formatında iştiraka üstünlük verəcəyik”.

Sevinc YASİNQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular