Modern.az

Saakaşvili keçmiş baş nazirə meydan oxudu: “Pulunun hamısını xalqa qaytaracağam”

Saakaşvili keçmiş baş nazirə meydan oxudu: “Pulunun hamısını xalqa qaytaracağam”

3 İyun 2015, 15:40

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili milyarder Bidzina İvanişvilini gürcü xalqının pulunu qaytarmaq üçün hüquqi məsuliyyətə cəld edəcəyinə söz verib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, eks-prezident deyib ki, İvanişvili pullarını Zimbabvedə, Rusiyada, ABŞ-da, yaxud istənilən başqa ölkədə gizlətsə də, əlindən alınacaq.
Onun sözlərinə görə, keçmiş baş nazir İvanişvili divanda uzanaraq əmr verir və ölkəni idarə edir: “O, formal olaraq heç nəyə cavabdeh deyil, ancaq hüquqi baxımdan cavab verməli olacaq. Mən İvanişvilinin son sentini belə, tapıb xalqa qaytaracağam”.



Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular