Modern.az

“Azadlıq-2015” seçki bloku toplandı

“Azadlıq-2015” seçki bloku toplandı

3 İyun 2015, 17:28



İyunun 3-də “Azadlıq – 2015” seçki blokunun Sədrlər Şurasının iclası olub. İclasda KXCP, Azadlıq, BAP,  VİP, ALDP, Aydınlar partiyası, Az.DP, AXP sədrləri iştirak edib.

Modern.az-ın məlumatına görə, toplantıda ictimai- siyasi vəziyyət və “Azadlıq-2015” seçki blokunun vəzifələri müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Avqust ayında seçki blokunun kütləvi aksiyalara başlaması ilə bağlı müzakirələr aparılıb və Mitinq Komitəsinin yaradılması haqqında qərar qəbul edilib. Mirmahmud Mirəlioğlu və Pənah Hüseyn rəhbərliyi altında Mitinq Komitəsi formalaşdırılıb.

Bakı şəhərinin idarə edilməsinin təkmilləşdirilməsi və mer seçkilərinin keçirilməsinin təmin edilməsi tələb edilib.

Mərkəzi Seçki Qərargahından blokun seçki platformasının hazırlanması tələb edilib.

Toplantıda Azad Demokratlar Partiyasının qeydiyyatının ləngiməsi ilə bağlı narahatlıqlar ifadə edilib və bunla bağlı  bir daha hakimiyyət orqanlarına müraciət edilməsi məqsədəuyğun hesab edilib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular