Modern.az

Avropa Oyunlarında iştirak edəcək bəzi idmançılar artıq Bakıya gəldilər

Avropa Oyunlarında iştirak edəcək bəzi idmançılar artıq Bakıya gəldilər

3 İyun 2015, 17:53



Birinci Avropa Oyunlarında iştirak edəcək bir sıra idmançılar artıq Bakıya gəlib. Onları Heydər Əliyev Beynəlxalq Hava Limanında “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllülər qarşılayıblar. İdmançılar hava limanından Atletlər Kəndinə yola salınıblar.

AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunlarında iştirak etmək üçün Bakıya ilk gələnlər arasında Almaniya və İrlandiya idmançıları, habelə İsrailin nümayəndə heyəti var.

Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün akkreditasiyadan keçmiş jurnalistlərin bir qismi də artıq Azərbaycana gəlib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yaratdığı xüsusi qərargah yarışlar başlayanadək bütün gün ərzində fəaliyyət göstərəcək.

İyunun 12-dən 28-dək davam edəcək yarışlarda 49 ölkədən 6 mindən çox idmançının iştirakı nəzərdə tutulur. Yarışlar 20 idman növü üzrə keçiriləcək.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular