Moskva polisi avtomobillə Kremlə daxil olmağa cəhd göstərən kişini saxlayıb.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, o bəyan edib ki, Kreml divarları arasında prezident Vladimir Putinlə bir otaqda yaşayır.
“Prezidentin qonşusu” ilə bağlı bu kuryoz hadisə iyunun 2-də Moskva vaxtı ilə 2:15-də baş verib. Həmin vaxt “Ford Fusion” markalı avtomobilin 46 yaşlı sürücüsü Qızıl meydandan keçərək Kremlin Nikolskaya qalasının daş hasarına dəyib.
“Saxlanılanın psixi çatışmazlığı var, bu səbəbdən o deyib ki, Kremldə yaşayır, evinə gəlib və Rusiya prezidenti Vladimir Putin otaq qonşusudur”, - müsahiblərdən biri belə deyib.
Polislər müəyyən ediblər ki, xarici avtomobil saxlanılanın həyat yoldaşına məxsusdur. Qadın deyib ki, “Kreml sakini” əsəb dispanserində qeydiyyatdadır. Onu Moskva vilayətindəki mərkəzi əsəb xəstəxanasına göndəriblər.
Modern.az