Modern.az

XİN azərbaycanlı diplomatla bağlı araşdırmalara başladı

XİN azərbaycanlı diplomatla bağlı araşdırmalara başladı

3 İyun 2015, 18:35


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) daxili prosedur çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun sosial şəbəkələrdə yayılan bəyanatı ilə bağlı məlumatı dəqiqləşdirir.

Bunu Modern.az-a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, əgər məlumat təsdiqini tapacaqsa, A.Məmmədovun belə davranışı diplomat adına yaraşmır:

"Bu, qəbuledilməz, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır".

Arif Məmmədov “facebook” hesabında  Binəqədi rayonunda binada yanğını nəzərdə tutaraq məmurların əleyhinə sərt tənqid yazıb.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular