Modern.az

II Yelizavetanın ölüm xəbəri yayıldı

II Yelizavetanın ölüm xəbəri yayıldı

3 İyun 2015, 21:00


BBC-nin jurnalistlərindən biri özünün “Twitter” səhifəsində Britaniya kraliçası II Yelizavetanın dünyasını dəyişdiyini yazıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bundan sonra Britaniyanın ən böyük agentliyi Böyük Britaniyanın bütün vətəndaşlarından bununla bağlı üzr istəyib. Jurnalist Amen Kavayya əvvəlcə özünün mikrobloqunda yazıb ki, kraliça xəstəxanaya yerləşdirilib, növbəti xəbərdə isə 89 yaşlı Yelizavetanın öldüyünü yazıb. 

İlk növbədə Bukinqem sarayının mətbuat xidməti bu xəbəri təkzib edib. Buna qədər isə dünyanın bütün tanınmış KİV-ləri, məsələn, ABŞ-ın SNN telekanalı və Almaniyanın “Bild” qəzeti kraliçanın ölümü ilə bağlı xəbər yayıblar.

Nəticədə jurnalist twitini yığışdırıb, onun əvəzinə isə rəhbərlik üzr istəməli olub. Amen Kavayyanın bundan sonra BBC-də işləməyə davam edib-etməyəcəyi bəlli deyil.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular