İyunun 3-də Latviya Seyminin (parlament) növbədənkənar iclasında müdafiə naziri, “Yaşıllar və kəndlilər ittifaqı”nın partiyasından namizəd Reymond Veyonis ölkənin prezidenti seçilib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Veyonisə birinci turun beşinci raundunda Seymin 55 deputatı səs verib. Yüksək dövlət postu uğrunda 4 namizəd mübarizə aparırdı. Onlardan 2-si hakim koalisyanın təmsilçiləri Veyonis və hüquqşünas “Hər şey – Latviya üçün” partiyasından olan Eqils Levits, 2-si isə müxalifət partiyalarını – Martinş Bondars (“Regional alyans”) və Sergey Dolqopolov “Soqlasie”ni (“Razılaşma”) təmsil edirdi.
Bütün iştirakçıların iştirakı ilə keçirilən birinci raundda qalib müəyyən edilməyib. İkinci raundda heç bir namizəd yenə 51 faiz səs toplaya bilməyib. Buna görə Konstitusiyaya uyğun olaraq səsvermənin növbəti gedişində hər dəfə bir namizəd mübarizədən uzaqlaşır. İkinci raunddan sonra Bondares, üçüncüdə isə Dolqopolov mübarizədən çıxıblar.
Modern.az