Modern.az

İŞİD-dən danışdılar, təyyarədən düşürüldülər

İŞİD-dən danışdılar, təyyarədən düşürüldülər

4 İyun 2015, 00:18


İstanbuldan Hatay uçacaq təyyarədən İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması barədə danışdırlarına görə 10 İndoneziya və 2 suriyalı düşürülüblər. Modern.az xarici KİV-ə istinadən bildirir ki, polisin məlumatına görə, sərnişinlərdən biri indoneziyalıların ərəbcə cihad və İŞİD haqda danışdıqlarını eşidib. Diqqətli vətəndaş ekipaj üzvləri ilə təhlükəni bölüşüb, onlar da hüquq-mühafizə orqanlarını çağırıblar.

İndoneziya xarici işlər nazirinin müavini Abdurrahman Məhəmməd Fakir bəyan edib ki, ölkəsinin vətəndaşları həbs olunmayıblar, onlar, sadəcə, sorğu-sual ediliblər. Şübhəli sərnişinlər İndoneziyanın suriyalılara yardım göstərən humanitar təşkilatın üzvləri olduğu bildirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular