Modern.az

Həmid Herisçi yeni telelayihəsindən danışdı: "Ələddin rolunu ifa edəcəm”

Həmid Herisçi yeni telelayihəsindən danışdı: "Ələddin rolunu ifa edəcəm”

4 İyun 2015, 10:09

Yazıçı Həmid Herisçi ANS telekanalında yayımlanan “Şəxsiyyət vəsiqəsi” layihəsinin tezliklə bitirəcəyindən və yeni projeyə başlamasından danışıb.

Modern.az xəbər verir ki,  kifayət qədər rezonans doğuran “Şəxsiyyət vəsiqəsi ” layihəsini daha iki buraxılışdan sonra bitirəcək yazıçı başqa bir maraqlı layihəyə başlayacaq. Bu barədə müəllifin özü Modern.az-a deyib:

““Şəxsiyyət vəsiqəsi" verilişində cəmi ikicə mövzu qaldı -Üzeyir Hacıbəyov, Zeynalabidin Tağıyev. Barələrində veriliş çəkincə, layihə bitəcək. Nəhayət bir başqa layihə ilə məşğul ola bilərəm. İstəyirəm şərti adı "Stalker" olan bir verilişin çəkilişlərinə, yaxud yazılı variantına başlayım. Mövzu sadədir - düşürsən çöllü-biyabanlara, o kənd sənin, bu kənd mənim, qısası bütün ölkəni qarış-qarış gəzirsən. Camaatdan soruşursan ki, bəs burda nə vaxtsa yer altından hansı əşyalar çıxıb?
Verilişin həm yazılı, həm televariantı ola bilər”.

H.Herisçi maraqlananları əməkdaşlığa dəvət edib.

"Bütün ehtirasımı, istedadımı bu "Stalker" layihəsinə sərf etmək fikrindəyəm. Mən, sirli-sehirli artefaktlar, əşyalar tapmaqda ustayam. Əllədinin sehirli çırağını bu dəfə mən tapacam.
Bu yeni layihəmdə əslində sehirli çırağı aşkarlamış Ələddin rolunu ifa edəcəm. Sehirli çırağı bu dəfə mütləq mən özüm kəşf etməli, tapmalıyam. Bu layinənin həm yazılı. həm də televariantı olacaq. Verilişi xaricdə də çəkmək mümkündür... Məsələn Türkiyədə, yaxud İranda, Mərakeşdə, İngiltərədə...".

Elmin NURİ 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular