Modern.az

Xərçəngdən əziyyət çəkən jurnalistdən xəbər var

Xərçəngdən əziyyət çəkən jurnalistdən  xəbər var

4 İyun 2015, 10:58


İstanbuldakı Anadolu Sağlıq Mərkəzində müalicə alan azərbaycanlı jurnalist Gülər Məmmədovadan yeni xəbər var.

Bu haqda Modern.az saytına onun həyat yoldaşı, ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynov məlumat verib.

M.Hüseynov müalicənin normal getdiyini bildirib: “Hər şey yaxşıdır. Həkimlər bir həftədən sonra analiz götürüb əməliyyatın ilkin nəticəsi barədə məlumat verəcəklər”.

O qeyd edib ki, xanımının yanına heç kim buraxılmasa da, telefon vasitəsilə danışmaq imkanı olur.

Heydər Əliyev Fondu xərçəngdən əziyyət çəkən jurnalist Gülər Məmmədovanın müalicəsini öz üzərinə götürüb.

Məlumat üçün bildirək ki, Gülər Məmmədova kəskin miyeloblast leykoz xəstəliyindən əziyyət çəkir. O, sümük iliyinin transplantasiyası kimi ağır müalicə qəbul edir. Xəstəliyin müalicəsi üçün 110 min dollara ehtiyac vardı.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular