Modern.az

Sabiq dövlət müşaviri: “Diplomat Arif Məmmədov xarici qüvvələrin təsiri altına düşüb”

Sabiq dövlət müşaviri: “Diplomat Arif Məmmədov xarici qüvvələrin təsiri altına düşüb”

4 İyun 2015, 11:10

 

“Bu adamlar sırf vətənpərvərlik nöqteyi-nəzərindən məmurları tənqid etmirlər. Diplomat Arif Məmmədov ola bilsin ki, emosional təsirlər altında bu fikirləri söyləyib”.

Bunu Modern.az saytına açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanındakı nümayəndə heyətinin rəhbəri Arif Məmmədov ətrafında yaranmış qalmaqalı şərh edərkən bildirib ki,  Avropa Oyunları ərəfəsində adıçəkilən diplomatın belə açıqlama verməsi onun xarici qüvvələrin təsiri altına düşdüyünün göstəricisidir.  

“Bu hadisələrdə xaricin barmağını mütləq görmək lazımdır. Gec-tez bu sübuta yetiriləcək”,-deyə politoloq bildirib.  Eks-dövlət müşaviri bir sıra Azərbaycan diplomatının hakimiyyət daxilində dövlət çevrilişi etmək planları ilə bağlı irəli sürülün iddialara da mövqeyini açıqlayıb:

“Azərbaycanda xarici dəstək olmasa, içəridən hakimiyyət çevrilişi etmək mümkün deyil. Azərbaycan dövləti isə bunun qarşısını almaq gücünə qadirdir”.  

Arif Məmmədov Binəqədidə baş vermiş yanğın hadisəsinə görə Azərbaycan məmurlarını sərt şəkildə tənqid edən açıqlama verib. Bu isə Azərbaycan siyasi dairələrində ciddi narazılıqlar yaradıb.    

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular