Modern.az

“Bakı 2015” Almaniyada təqdim edildi

“Bakı 2015” Almaniyada təqdim edildi

Təhsil

4 İyun 2015, 12:26

Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası Almaniyanın Yena şəhərində “Azərbaycan - Odlar Yurdu” adlı tanıtım aksiyası təşkil edib. Yena şəhərinin beynəlxalq mədəniyyət mərkəzində baş tutan tədbirdə 100-dən artıq yerli və xarici tələbə, eləcə də çox sayda şəhər sakini iştirak edib. Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az saytına verilən məlumatda bildirlib ki, assosiasiyanın fəalları tərəfindən hazırlanmış təqdimatda ölkəmizin tarixi, coğrafiyası, mədəniyyəti, Azərbaycanın qədim və zəngin musiqi irsi haqqında geniş məlumat verilib.
Təqdimatda iyunun 12-də Bakıda start götürəcək Birinci Avropa Oyunlarına geniş yer ayrılıb. Tədbirdə Azərbaycanda Avropa Oyunlarına dair aparılan hazırlıq işlərini və indiki vəziyyəti əks etdirən videoçarx nümayiş etdirilib. Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə azərbaycanlı, alman və digər ölkələrdən olan bir qrup gənc tədbirə üzərində Bakı 2015 I Avropa Oyunlarının loqosu əks olunmuş köynəklərdə qatılıb.
Sonda tədbirə qatılanlar ölkəmizə həsr olunmuş stendlə tanış olub və Azərbaycan mətbəxinin ləziz təamlarından dadmaq imkanı əldə ediblər.






Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular