Modern.az

TQDK: “9-cu və 11-cilərin imtahan nəticələri bu gün açıqlanacaq”

TQDK: “9-cu və 11-cilərin imtahan nəticələri bu gün açıqlanacaq”

4 İyun 2015, 12:34

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanının nəticələrinin bu gün axşam saatlarında elan olunacağını bildirib.

TQDK-dan Modern.az-a verilən məlumata görə, nəticələr elan olunduqdan sonra imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında (tqdk.gov.az) və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

TQDK-nın məlumatına görə, Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan 31490, XI siniflərin isə 24408 şagirdi buraxılış imtahanı verib.

Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI